Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb.
Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur.
A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib.
Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır.
Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar.
Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı