"Krokus Siti Holl"da baş verən terror aktı Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı senator Andrey Klişas bildirib.
"Krokusda törədilən terror aktı araşdırılacaq və biz onu törədənləri tapacağıq, lakin bu gün mən şübhə etmirəm ki, bu hücum Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir. Biz hər şeyi xatırlayırıq. 90-cı illərdə Qafqazdakı terrorçular, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, Minsk razılaşmalarının pozulması, Novorossiyada dinc əhalinin məhv edilməsi, russofobiya, neonasizmə dəstək, Krokus... Bunlar hamısı eyni müharibənin mərhələləridir", - senator deyib.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı