“Krokus Siti Holl”un mühafizəçisi terror aktının başlama anı haqda danışıb.
BUTA.TV Rusiya Teleqram kanallarına istinadla xəbər verir ki, o, atəş başlayanda birinci mərtəbənin əsas girişində dayandığını bildirib.
“Küçədən atəş açmağa başladılar, şüşə dərhal qırılıb yerə töküldü. Girişdə daha üç mühafizəçi var idi, biz reklam lövhəsinin arxasında gizləndik, hücum edənlər bizdən 10 metr aralıdan keçib içəri girdilər.
Onlar birinci mərtəbədəki insanlara təsadüfi atəş açmağa başladılar, sonra ya konsert salonuna, ya da akvariuma tərəf getdilər.
Atışma səngiyəndə mərkəzi girişə getdik - orada administratorlar artıq yaralılara yardım göstərirdilər”, - o deyib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı