Oyunçularım fantastik oynadı - Otsuka

22:30 - 22 Mart 2024 - GÜNDƏM

 Oyunçularım fantastik oynadı - Otsuka

Oyundan sonra futbolçularıma təşəkkür etdim, onlara fantastik çıxış etdiklərini dedim.

BUTA.TV xəbər verir ki, bunu Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

59 yaşlı yaponiyalı mütəxəssis qarşılaşmanı dəyərləndirib:

“Məğlub olduğumuz üçün məyusam. Yaxşı rəqiblə oynayırdıq. 90 dəqiqə qol buraxmadıq. Müdafiədə yaxşı idik, ancaq bu da azdır. Hücuma da çıxmaq lazımdır. Kiçik addımlarla irəliləməliyik".

Bu xəbər hal-hazırda çox oxunur
Bakının mərkəzi yolları bağlanır

Qeyd edək ki, Monqolustan millisi növbəti oyununu martın 25-də “Liv Bona Dea Arena”da Tanzaniyaya qarşı keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol