İrəvanda polis daha bir müxalifət fəalı, bloger, “İmnemnimi” platformasının aparıcısı Vazgen Saqatelyanı saxlayıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.
Vazgen Saqatelyan Ermənistan Respublika Partiyasından olan keçmiş deputat Arman Saqatelyanın qardaşıdır.
Bildirilib ki, “İmnemnimi”nin digər aparıcısı Narek Samsonyan da bu gün saxlanılıb.
Ermənistan İstintaq Komitəsi bəyan edib ki, Samsonyan xuliqanlıq cinayət işi çərçivəsində saxlanılıb.
İlkin məlumata görə, həbsə səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər olub.
Qeyd edək ki, yerli hüquq müdafiəçiləri bunu siyasi repressiya adlandırıblar.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı