İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İsgəndər Zülfiqarov və Hüseyn Məlikzadə saxlanılıblar.
Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı