Ermənistan parlamenti iki ölkə hökumətləri arasında 2023-cü ilin avqustunda imzalanmış maliyyə sazişi çərçivəsində Almaniyadan 12 milyon avro məbləğində kredit alınmasını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, müvafiq sənəd parlamentin çərşənbə günü keçirilən iclasında ratifikasiya edilib.
Vəsait bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi proqramının üçüncü mərhələsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2023-cü ilin noyabrında İrəvan və Berlin Almaniya hökumətinin yaxın illərdə Ermənistana kredit və qrant şəklində 84,6 milyon avro ayırması barədə razılığa gəliblər.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto