Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
“Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Ermənistan və Rusiya xalqlarının mənafeyi naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə dialoqun inkişafına ümid edirəm”, - Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyanın Putinə zəng etməyib, yalnız təbrik məktubu ünvanlayıb.
Xatırladaq ki, KTMT və Aİİ üzvü olan bütün ölkələr Putini təbrik etsə də, Nikol Paşinyan etməmişdi.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto