30 mart 2024-cü il tarixindən etibarən Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” ödəniş sistemindən kartların qəbulunu dayandıracaq.
BUTA.TV xəbər verir ki, bunu VTB Ermənistan bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) nümayəndəsi RBC-yə deyib.
“Martın 30-dan etibarən istifadəçilər artıq POS terminallarda nağdsız ödənişlər edə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, VTB Ermənistan kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək”, - o bildirib.
Qeyd edək ki, bu məlumatı nəşrə Rusiyanın ödəniş bazarındakı mənbə də təsdiqləyib.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto