NATO-nun yüksək rütbəli rəsmilərinin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatları blefdir.
BUTA.TV xəbər verir ki, bu barədə gürcü ekspert Vaso Kapanadze deyib.
"Bu, əslində blefdir və gürcü cəmiyyətini aldatmağa hesablanıb. İllərdir vədlər verilib ki, guya Gürcüstan NATO-ya üzv olacaq. Gürcüstan NATO-ya üzv olmayacaq”, - Kapanadze bildirib.
Politoloq xatırladıb ki, Gürcüstanın mütləq NATO-ya üzv olacağı ilə bağlı bəyanatlar 2008-ci ilin aprelindən – Buxarest sammitinin keçirildiyi gündən eşidilir:
“Bu, əslində evlənmək istəməyən və buna görə də konkret toy tarixi verməyən bir kişinin qadına evlilik barədə vədlərini xatırladır”.
Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq Tiflisdə səfərdədir.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto