“Azaldıq prospekti” metrostansiyasını Məmmədli kəndi ilə əlaqələndirən 147 nömrəli müntəzəm avtobusun yol gedən zaman qapısı aşıq şəkildə idarə edilməsinə səbəb sıxlıqdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı Tural Orucov sözügedən avtobusun qapıları açıq idarə olunması ilə bağlı videoya reaksiyasında deyib.
“Bu avtobusun 10 dəqiqəlik intervalla fəaliyyət göstərməsi nəzərdə tutulub. Aparılan monitorinqlər zamanı avtobuslararası intervalın artması halları müəyyən edilib. Qeyd edək ki, xüsusən günün pik saatlarda Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobusların ləngiməsinə və sərnişin sıxlığına səbəb olur. Marşrutda fəaliyyət göstərən bəzi avtobuslarda nöqsanlar da aşkarlanıb. Bununla bağlı daşıyıcıya xəbərdarlıq edilib, avtobus sayının sərnişin tələbatına uyğun artırılması və sürücülərin hərəkət cədvəlinə riayət etmələri barədə tapşırıq verilib”, - agentliyin əməkdaşı vurğulayıb.
O bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliyinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq:
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanılmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir”.
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto
- TƏBİB-də yüksək vəzifəyə təyinat
- Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı
- Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video