Salyanda balıq ovlayan şəxsi elektrik cərəyanı vurub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb.
İlkin məlumata görə, kollektorda balıq tutmaq istəyən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Baba oğlu Babayev tilovunu suya atmaq istəyərkən kollektorun üzərindən keçən elektrik məftilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.
Kənd sakinləri tərəfindən O.Babayevə ilkin yardımı göstərilib. Sonra Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Faktla bağlı araşdırma aparılır.
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı
- Toy karvanlarında iştirak edən sürücülərə xəbərdarlıq - Video
- Heydərov Xankəndidə vətəndaşlarla görüşəcək
- Bakının mərkəzində bu əraziyə daha maşın buraxılmır
- Baş nazirdən yeni qərar
- Azərbaycanda balıq ovu qadağan edildi
- Bu, Qarabağın simasını dəyişir - Əhməd İsmayılov