“Kontakt Home” ticarət nişanının sahibi “ABC-Telecom” MMC barəsində inzibati iş başlanıb.
BUTA.TV xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərtilib.
347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “ABC-Telecom” MMC 11 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Mobil telefon və məişət texnikasının satışını həyata keçirən şirkətin sahibi kimi isə deputat Elnur Allahverdiyevdir.
O, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat mandatı qazanıb. /Valyuta.az
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli