Türkiyə Xarici İşlər Nazirliyi Krımın qanunsuz ilhaqının 10-cu ildönümü ilə bağlı bəyanat yayıb.
BUTA.TV bəyanatın mətnini təqdim edir:
“Ukraynaya bağlı olan Krım Muxtar Respublikası 10 il əvvəl martın 16-da keçirilən qeyri-legitim referendumda beynəlxalq hüquq normalarına zidd olaraq Rusiya tərəfindən ilhaq edilib. Krımda baş verən hadisələri, xüsusilə yarımadanın əsas xalqlarından biri olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Bir daha xatırladırıq ki, Türkiyə olaraq beynəlxalq hüququn pozulmasını təşkil edən bu de-fakto vəziyyəti tanımırıq. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi davam etdirəcəyik”, - bəyanatda bildirilib.
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli