İran Suriya vasitəsilə Livan Hizbullahına silah daşımazdan əvvəl gəmilərin məqsədini ört-basdır etmək və gizlətmək üçün Avropa limanlarından istifadə edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri İsraildəki yüksək səviyyəli kəşfiyyat mənbəsinə istinadla məlumat yayıb.
“Livanın Hizbullah terror qruplaşması Belçika, İspaniya və İtaliya limanlarına yanaşmış gəmilərdən raket və bombalar alıb”, - məlumatda bildirilib.
İran hökumətinin Hizbullaha göndərdiyi silah və digər mallar hazırda Belçika, İspaniya və İtaliyanın Antverpen, Valensiya və Ravenna limanları vasitəsilə daşınır. Bu gəmilər Suriyanın Latakiya limanına gedir, daha sonra Livanın cənubuna göndərilir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Bu daşınmaları Avropa vasitəsilə həyata keçirmək daşınmaların təyinatını, mənbəyini gizlətməyə, onların ört-basdır edilməsi üçün sənəd və konteynerlərin dəyişdirilməsinə kömək edir”,- israilli mənbə qeyd edib.
O, bu prosesin 3 il əvvəl başladığını deyib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin İraq vasitəsilə quru sərhəddən Suriyaya daxil olan yükləri hədəf almağa başlamasından sonra İran dəniz yolu ilə silah göndərməyə başlayıb.
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi