Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik Arutyunyanın danışacağı gözlənilir, o cümlədən, digər separatçıların da danışacağının anonsu verilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Araikin müharibə haqda sirləri açacağını və bu etirafların rəsmi İrəvanı çətin vəziyyətə salacağını yazır.
Erməni şərhçi Edik Andreasyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir. Onun fikrincə, separatçıların etirafları Ermənistanın işğalçı kimi məsuliyyət daşımasına dair faktlar yarada bilər və Azərbaycanın bundan istifadə edəcəyi gözləniləndir.
“Maraqlıdır ki, bu müsahibələr hara hesablanıb, Azərbaycan cəmiyyətinə, yoxsa erməni ictimai rəyinə. O da maraqlıdır ki, onlar müsahibəni hansı dildə verəcəklər. Nikol Paşinyan isə bu haqda susur. Görünür o, qeyri-müəyyənlik içində ilişib qalıb”, - erməni şərhi qeyd edib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
E. Andreasyan hesab edir ki, Araik və digər separatçıların Azərbaycan televiziyasına çıxmasının siyasi nəticələri də olacaq.
“İstisna deyil ki, Bakı İrəvan qarşısına tələb qoyub: Paşinyan ya əraziləri təhvil verib (işğal altında qalan 8 kənd-red), sülh müqaviləsini imzalamalıdır, ya da Araik və digərləri bildiklər sirləri açacaq və bu sirlər bütün dünyaya yayılacaq”, - erməni şərhçi iddia edib.
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi