Dünən günortadan sonra “Traktor” komandası ilə Tehranın “Havadar” komandası arasında keçirilən görüşdən sonra 3 azərbaycanlı azarkeş həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli fəallar məlumat yayıb.
Təhlükəsizlik məmurları Səməd Heydəri, Əmin və Əmir Tağızadə adlı şəxsləri saxlayaraq naməlum yerə aparıblar.
Bunun oyun zamanı azarkeşlərin milli şüarlar səsləndirməsi ilə əlaqəli olduğu ehtimal edilir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qeyd edək ki, qarşılaşma zamanı "Traktor" azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.
Bununla yanaşı, Urmiyadan iki kürd namizədin parlamentə göndərilməsinə və kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarına etiraz edilib.
Başqa bir plakatda isə “Müstəqil Azərbaycan, işğal edilmiş Azərbaycan və Zəngəzur” sözləri yazılıb.
Xatırladaq ki, “Traktor” sözügedən oyunda 4:2 hesabı ilə qələbə qazanıb.
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı