Gürcüstan 2024-cü ildə Bakı-Supsa marşrutu üzrə neftin daşınmasının bərpa edilməsini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.
“Neft kəmərindən istifadə ilə bağlı Azərbaycanın mövqeyi çox vacibdir. Çünki bu kəmər 1999-cu ilin yazından Bakı nefti üçün fəaliyyət göstərir. İndi Qazaxıstan neftinin oradan daşınması müzakirə olunur, məncə, əsas məsələlərdə razılaşacağıq və Qazaxıstan neftinin nəqlinə bu il başlanılacaq. Gələcəkdə ildə bir milyon tondan çox neft emal edə bilərik”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan da Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin bərpasının bu il başlama ehtimalını təsdiqləyib. Bu neft kəməri ildə 5 milyon tona qədər yanacaq nəql edə bilər.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Xatırladaq ki, sözügedən kəmərlə müntəzəm yanacağın tədarükü 2022-ci ildə dayandırılıb.
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- "Azərsun Holdinq" cəmiyyətin təşviqinə dəstəyini davam etdirir
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı