Qubada yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zizik kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb.
Hadisə zamanı Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov muxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
- 53 yaşlı kişi avtobusda qəfil öldü
- Putin sui-qəsddən qorxur: Mühafizə gücləndirilib...
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü