Ermənistan Rusiya ilə siyasi və hərbi əlaqələrini kəsməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin İrəvanın Zvartnots hava limanında rus sərhədçilərin xidmətinin dayandırılması tələbini qiymətləndirərkən “Qazate”ya açıqlamasında deyib.
“Rusiya sərhədçilərinin Zvartnotsda xidmətinin dayandırılması tələbi Paşinyanın hakimiyyətə gəlişindən bəri tutduğu kursun davam etməsi deməkdir. Bu prosesi indiyə qədər proqnozlaşdırmaq olardı”, - o bildirib.
Rusiyalı deputat hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etmək istəmədiyi yeganə şey iqtisadi-ticarət əlaqələridir:
“Biz Qərbə xoş gəlmək üçün hər hansı bəhanə ilə Rusiya ilə münasibətləri kəsməkdən danışırıq. Lakin Paşinyan Rusiya ilə iqtisadi əlaqələrdən yapışacaq, çünki xüsusi hərbi əməliyyat, yerdəyişmələr və yeni vəziyyət sayəsində Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”.
Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində xüsusi rol oynayan Ermənistan bu qanunsuz əməliyyatlar sayəsində milyardlarla dollar əldə edir.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video