Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi təqaüdə göndərilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Hüquqi təminat idarəsinin rəisi polkovnik Sənan Əli oğlu Muxtarov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Sənan Muxtarov 1992-cı ilin iyul ayından, yəni 32 il Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsində işləyib.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı