Bitkoinin qiyməti bütün tarixi ərzində ən yüksək həddi keçib. Dünən bitkoinin faktiki qiyməti 69 min dollara çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tex Nyus” məlumat yayıb.
“Maksimum dəyərə çatdıqdan dərhal sonra investorlar və 2021-ci ildə 69 min dollara bitkoin alanlar və investisiyalarını geri qaytarmaq üçün fürsət gözləyənlər qazanc əldə etməyə başlayıblar. Nəticədə ciddi korreksiya baş verib və bu müddət ərzində bitkoinin məzənnəsi dünən axşam saatlarında 60 min 500 dollara düşüb. Lakin sonra qiymət təxminən 63 min 500 dollara qalxmağa başlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, mütəxəssislər müxtəlif proqnozlar verirlər:
“Bəziləri məzənnənin artmaqda davam edəcəyinə və yeni rekordlara imza atacağına, bəziləri isə yeni qiymət sıçrayışına qədər dəyərin 50-55 min dollara düşəcəyinə əmindir”.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı