Radikal israilli siyasətçilərin müsəlmanların Hərəmi-Şərifə girişini məhdudlaşdırmasının şübhəsiz ki, çox ağır nəticələri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla görüşdən sonra mətbuat konfransında deyib.
“Yaxınlaşmaqda olan Ramazan ayı çərçivəsində təxribatların qarşısının alınması üçün mesajlarımızı lazımi ünvanlara çatdırırıq.
Fələstinli qardaşlarımız arasında birlik və konsensusa nail olmaq üçün göstərilən səyləri də yaxından izləyirik. Bu mərhələdə İsrailin zülmünə ən yaxşı cavablardan biri fələstinlilər arasında birlik və həmrəyliyin təmin edilməsidir”, - deyə Ərdoğan bildirib.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı