Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Bu mövqe dəyişməyib və dəyişməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O, İran və Ermənistan arasında təhlükəsizlik sazişi çərçivəsində İranın Ermənistanda hərbi baza qura biləcəyi barədə suala da cavab verib:
“Mənim belə bir razılaşmadan xəbərim yoxdur. Amma İranla Ermənistanın münasibətləri konstruktiv münasibətlərdir və bu əlaqələr regionun təhlükəsizliyinə və sabitliyinə töhvə verir. Bu əlaqələr həm ikitərəfli münasibətlər çərçivəsində, həm də regional kollektiv təhlükəsizlik çərçivəsindədir”.
Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı müqavimət göstərir.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu