Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilir.
Kult.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə kino ittifaqlarının birləşməsi rəsmiləşəcək, yeni qurumun nizamnaməsi təsdiqlənəcək, eləcə də sədr və idarə heyəti seçiləcək.
Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.
AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri xalq artisti Şəfiqə Məmmədovadır.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu