Lavrov deyir: Ermənistan Qərbin və ya Rusiyanın xeyrinə seçim etməlidir. Qərbə doğru getsək, Rusiya kimi düşmən tapacağıq, Rusiyanı seçsək, müstəqilliyimizi və ərazilərimizi itirəcəyik, bu da respublikanın məhvinə gətirib çıxaracaq. Bizə Rusiya-Belarus ittifaqına qoşulmağı təklif edirlər, lakin bu, Ermənistanın sonu demək olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Qagik Melkonyan deyib.
“İrəvan nə bu məsələ, nə də KTMT-dən çıxmaqla bağlı hələ qərar verməyib. İstisna etmirəm ki, İrəvan indiki siyasətini davam etdirsə, Moskvanın rəhbərlik etdiyi alyansdan kənarda qalacaq. Hələ hər şey müzakirə olunur, müzakirədən sonra məlum olacaq ki, biz onları, yoxsa onlar bizi tərk edəcək. Amma hələ vaxt var, çünki müzakirələr davam edir”, - o bildirib.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu