Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı”nın Feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə sərbəst buraxılıblar.
Qeyd edək ki, ötən gün Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar. Onların əraziyə qanunsuz girdikləri üçün saxlanıldıqları açıqlanıb.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi