Bakıda avtobus piyadanı vuraraq öldürüb.
BUTA.TV xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Nadir Rəhimovun idarə etdiyi Bakı Bus MMC-yə məxsus “BMC” markalı 99 JU 723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 163 saylı marşrutla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində avtomobil yolu ilə idarə edib.
O, Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu avtobusun qabaq sağ hissəsi ilə vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi