Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam gəlmərəm.
BUTA.TV xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.
O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının “sükanı arxası”nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb:
“Amma boşda olan məşqçilərimiz, cavab kadrlarımız var. Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan nəzərə alsaq, mən Kaxaber Sxadadzeni deyərəm. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin getsin. Elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulları niyə ona verirəm”.
Musayev bildirib ki, hazırda yığmaya namizəd futbolçuların sayı da artıb:
“Amma bu gün üçün baş məşqçi işi əvvəlki 5 ildən yaxşıdır. Qurbanovun vaxtında elə də futbolçular yox idi. Amma bu gün baxırsan "Neftç”nin azərbaycanlı qapıçısı bilmirəm kimdir, sevdim o uşağı. Tərbiyəli də uşaqdır, sevindim. Bu dəqiqə futbolçularımız var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır. Vətənpərvər əhval-ruhiyyəni qaldırmaq və futbolsevərləri sevindirmək lazımdır”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi