Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts qarşılıqlı əlaqələrin əvvəlindən bir-biriləri ilə anlaşa bilmirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, Fransa lideri kanslerdə cəsarət və ambisiyaların çatışmadığını düşünür.
Üstəlik, Makron Şoltsu dardüşüncəli lider kimi də xarakterizə edir.
Belə ki, yanaşmalardakı fərq Makronun Ukraynaya qoşunların göndərilməsi ilə bağlı bəyanatında çox aydın bəlli olurdu.
Bundan əlavə, “Blumberq”ə görə, Almaniya hökuməti də Makronu nəhəng planları reallaşdırmaqdan daha çox elan edən “monarxiya fiquru” kimi görür.
Qeyd edilir ki, iki lider arasında fikir ayrılığı Ukrayna münaqişəsinin gedişinə təsir edə bilər.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi