Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı