Dünyada inkişaf etmiş xalqların keçdiyi yol var. Bizə yeni yol axtarmağa ehtiyac yoxdur. Özəlləşdirməyə gedilməlidir, inhisarçılığa son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır, dövlət satınalmalarında şəffaflıq təmin olunmalıdır.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Müsavat.com-a müsahibəsində deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının sahibkarlara yaxınlaşması qadağan olunmalıdır:
“Dövlət İstintaq Komitəsi yaradılmalı, iqtisadi sahədə cinayətlərə görə vergilər xidmətinin araşdırmaları əsasında yalnız həmin komitə tərəfindən cinayət işi başlanılmalıdır. Hökumət deməlidir ki, xarici investisiyaların cəlb olunması üçün hansı addımlar atılmalıdır. Bütün bunlarla bağlı konkret təkliflər olmalıdır. Tutaq ki, təhsildə inkişafa nail olmaq üçün biz nələr etməliyik, ölkədə repetitorluğu necə aradan qaldıracağıq? Yaxud səhiyyəni necə inkişaf etdirəcəyik? Məsələn, niyə Azərbaycanda ərzaq məhsullarının qiyməti Moskva kimi şəhərdən ən azı üç dəfə yüksəkdir? Hökumət qiymətlərin aşağı salınması üçün hansı addımları atmağı planlaşdırır?”
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi