Martın 1-də qüvvəyə minmiş qərara əsasən, Rusiya benzinin ixracına qadağa qoydu. Yəqin ki, bundan sonra başqa ölkələrdən, əsasən də Qazaxıstandan çatışmayan hissənin idxal olunmasına başlanacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Nazirlər Kabinetinin ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edilməsi və idxal olunan benzin üçün aksiz vergisinin 1 manata endirilməsi ilə bağlı qərarını şərh edərkən deyib.
“Bu qərarın nəticəsi olaraq qiymət ucuzlaşması gözlənilməsə də, bahalaşması da gözlənilmir”, - o bildirib.
Qeyd edək ki, yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla, mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi