"Bəzən olur kişi işləyir, arada boşluq yaranır. Bu heç. Amma hərdən də heç çalışmır. İşləməyən kişidən qorxuram". BUTA.TV xəbər verir ki, bu sözləri müğənni Dilarə Əliyeva "Mətbəxdə ağa" proqramında deyib. Sənətçi çalışmayan kişilərdən danışıb:
"O, məndən pul istəyəcək. Nə olacaq? Evi kim dolandıracaq? Gəlib mənim evimdə qalacaq. Mən də onu dolandıracağam. Nə yaxşı".
Aldığı evlilik təklifindən danışan Dilarə "6 ay bundan əvvəl evlilik təklifi almışam. Amma o, istədiyim insan olmalıdır. Çox ailə qurmaq istəyən var. Amma o, mənim istədiyim, sənətimi qəbul edən olmalıdır" sözlərini əlavə edib.
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - Video
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram