Özlərini gülünc vəziyyətə salırlar: ciddi, təsiri olan sənəd də deyil, buna bənzər qətnamələrin neçəsini qəbul ediblər.
Bu sözləri BUTA.TV-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qətnamələr uydurma iddia üzərində qəbul olunur:
“Uydururlar ki, “Azərbaycan Ermənistana hücum etdiyi halda” Avropa Birliyi Azərbaycanın rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməlidir, neftindən imtina etməldir və s. Azərbaycan Ermənistana hücum edibmi, yaxud bu barədə açıqlaması varmı ki, onlar belə addım atır? Bu təşəbbüslərin arxasında Makronun partiyasından seçilən fransalı deputatlar durub. Makron Fransada öz rəqibi olan Le Penə biabırçı şəkildə uduzur. Odur ki, erməni səslərini qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Tam gülünc bir səstoplama kampaniyasıdır. Təəssüf ki, Avropa Parlamenti hansısa cılız maraqlara görə öz hörmətini xərcləyir. Seçkilər yaxınlaşır, bu insanların o parlamentdə 3-4 ay ömrü qalıb”.
Millət vəkili bildirib ki, bu cür qərəzli bəyanatlar Azərbaycan tərəfindən qəbul edilmir və lazım olduğu halda sərt şəkildə cavablandırılır:
“Biz cavabsız qoymuruq, Milli Məclisdə bununla bağlı mövqeyimiz səslənir. Komitəmiz, ayrı-ayrı deputatlar, XİN öz reaksiyasını verir. Biz Azərbaycana qarşı qəbul edilmiş bu cür sənədləri qətiyyətlə rədd edirik. Avropa Parlamenti ilə bir vaxtlar, ümumiyyətlə, əlaqələri kəsmişdik. Belə davam edəcəyi halda yenə münasibətlərimizi kəsə də bilərik”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi