Martın 1-də İranda Ekspertlər Şurasına 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci çağırış seçkiləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, seçkilərdə namizədliyi irəli sürülən 24829 nəfərdən 12033-nün namizədliyi qeydə alınıb. Onlar 290 yer uğrunda mübarizə aparacaq.
İranda 61 milyon 172 min 298 nəfər səsvermə hüququna malikdir. Ölkədə səsvermə hüququ olan kişilərin sayı 30 milyon 945 min 13, qadınların sayı isə 30 milyon 227 min 165 nəfərdir.
Seçici hüququ olan 3,5 milyon seçici ilk dəfə (18 yaş və yuxarı) səs verir.
Ekspertlər Şurasında isə 88 yer üçün 144 din xadimi mübarizə aparır.
Bu seçkilər üçün İranda təxminən 59 min seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, çoxsaylı siyasi qüvvə və fəal seçkiləri boykota çağırış edib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi