Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdırmaq "Qarabağ"ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək.
Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video