Rusiyanın genişmiqyaslı işğalının başlamasından keçən iki il ərzində 14 milyondan çox ukraynalı – ölkə əhalisinin demək olar ki, üçdə biri – evlərini tərk etmək məcburiyyətində qalıb. Onların 6,5 milyondan çoxu hazırda ölkədən kənarda qaçqın kimi yaşayır.
BUTA.TV xəbr verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında deyilir.
BMqT qeyd edir ki, 2024-cü ildə 14,6 milyondan çox ukraynalı - Ukraynanın ümumi əhalisinin 40 faizi bu və ya digər formada humanitar yardıma, 2,2 milyon qaçqın isə qonşu ölkələrdə yardıma ehtiyac duyur.
"Təxminən 3,7 milyon insan Ukraynada məcburi köçkün vəziyyətindədir, demək olar ki, 6,5 milyonu isə dünya üzrə qaçqındır. Bu günə qədər 4,5 milyondan çox insan ya xaricdən, ya da ölkənin digər bölgəsindən evlərinə qayıdıb", - təşkilatın məlumatında deyilir.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video