Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Baş Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.
Qeyd edək ki, fotoda qeyd olunan avtomobilin sahibi məşhur türk serialı “Qurdlar Vadisi”ndəki “Polad Ələmdar” obrazının idarə etdiyi avtomobil nömrəsini maşınının ön şüşəsinə əlavə edib.
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi
- Bu ay pensiyaların ödəniləcəyi tarix açıqlandı
- Azərbaycanda bu preparat müvəqqəti tapılmayacaq
- Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü
- Xəzər dənizində zəlzələ oldu
- Hövsan qəsəbəsində qaz olmayacaq
- Gəncədə günəbaxan tumu sexində yanğın - Video