Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 25-də hərbi-siyasi rəhbərliyin, baş nazirin və Ali Rada sədrinin iştirakı ilə konfrans keçirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Sergey Nikiforov deyib.
Onun sözlərinə görə, xarici liderlərin fevralın 24-də Ukraynaya səfəri planlaşdırılır.
"Müəyyən səbəblərə görə, kim olacağını deyə bilmərəm, lakin biz gözləyirik ki, bu, yalnız simvolik dəstək səfərləri olmayacaq, həm də praktiki nəticələr verəcək", - Nikiforov bildirib.
Onun sözlərinə görə, həmçinin Ukrayna və “Yeddilik” qrupunun iştirakı ilə onlayn görüş keçiriləcək.
- Mətbuat Şurası çağırış etdi: Buna son dərəcə həssas yanaşın!
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi