Rusiya qanunvericiliyinə əsasən, o, bir ay müddətində təcridxanaya yerləşdirilməli və bu müddət ərzində Ermənistan bütün sənədləri Rusiyanın Baş Prokurorluğuna təqdim etməlidir. Bundan sonra onun Ermənistan tərəfinə verilib-verilməməsi məsələsinə baxılacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
“Beynəlxalq konvensiyalara əsasən, əgər ölkə düşmən ölkədirsə, vətəndaşı başqa düşmən ölkəyə vermək olmaz. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Ona görə də Rusiya dövləti onu heç cür Ermənistana verə bilməz. Kamil Zeynallının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərimə götürürəm. Qanun çərçivəsində maksimum yardım ediləcək və onun Azərbaycana qaytarılması üzərində çalışacağıq”, - vəkil bildirib.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto