Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
BUTA.TV xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. Qeyd olunur ki, o, Moskvanın “Domodedovo” hava limanında həbs edilib. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.
“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur.
Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıblar.
Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto