Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.
BUtA.TV bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib.
Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə Yaxşı ki, Sən Varsan" mahnılarıdır.
Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO