Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev futbolun "daşını atıb”.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir.
“Mersedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.
Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli “Xəzər” FK-la yanaşı, “Qarabağ” FK, “MKT-Araz” FK və “Bakı” FI-nın formasını da geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri isə “Sumqayıt” FK olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.
O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb.
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi