ABŞ-ın F-35 qırıcısı yoxa çıxdı

14:32 - 18 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ-ın F-35 qırıcısı yoxa çıxdı

Dünən ABŞ-ın Cənubi Karolina şatatının Çarleston şəhəri yaxınlığında 501-ci təlim eskadriliyasına məxsus F-35 “Lightning II” təyayrəsi qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarədə baş verən nasazlıq səbəbindən pilot katapult edib. Yerə endikdən sonra pilot xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.

Amma F-35 təyyarəsi yoxa çıxıb. Təyyarənin hara düşdüyü məlum deyil.

Çarlstondakı bazanın veteran pilotu Stanton təyyarənin Moultrie və Marion gölünə düşə biləcəyini ehtimal etdiyini deyib.

Onun sözlərinə görə, təyyarənin axtarışlarına helikopter də cəlb olunub.

Bazadakı rəsmilər yerli əhaliyə səslənərək, təyyarəni görən şəxslərin xəbər vermələrini istəyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol