Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

O kəslər ki, bağışlanma müjdəsi alıblar

Cəmiyyət
O kəslər ki, bağışlanma müjdəsi alıblar

Uca Allah Qurani-Kərimdə buyurur: "Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver". ("Yasin" 11).
 

Bu ayədə bir neçə nöqtəyə diqqət etmək lazımdır.
 

1. Bu ayədə Peyğəmbərin (s) nəsihətlərini eşidən insanlara nəsihətin iki təsiri bəyan edilmişdir: zikrin ardıcılı olmaq və gizlində Allahdan qorxmaq. Yəni, nəsihət ancaq o kəslərə təsir edir ki, eşidən qulağa və hazır qəlbə malikdirlər. Nəsihətin təsirindən bu insanlar zikr edərlər və gizlində xəşiyyətə malik olarlar.
 

2. Bir çox təfsirçilərin nəzərinə görə, zikr deyildikdə, Müqəddəs Quran nəzərdə tutulur. Yəni, bu insanlar Quranı təsdiq edərlər və o zaman ki, Quran ayələri oxunar, ona tərəf meyil edərlər.
 

3. Xəşiyyətin mənası odur ki, əzəmət hissi ilə olan qorxudur. Bu ayə buyurur ki, insan Allahdan qorxmaqla yanaşı, Ona ümid bəsləməlidir. Hər iki amil, yəni xof və rəca - insanı təkamül etdirər.
 

4. Gizlində deyildikdə, ehtimal verilir ki, insanların gözündən uzaqda mənasını daşıyır. Yəni, bu insanın xəşiyyəti riyadan uzaqdır. Bu insan həm aşkarda və həm də gizlində riyadan pakdır.
 

5. Peyğəmbər (s) əvvəl nəsihət edər və əgər bu nəsihəti insana təsir edər və əməlində zahir olarsa, o zaman onu bağışlanma ilə müjdələyər.
 

Müjdə verər ki, Allah onun büdrəmələrini və günahlarını bağışlamışdır. Allahın onu bağışladığını bildirər və kərim əcr ilə müjdələyər. Kərim əcr - o əcrdir ki, insan Allahdan tələb etmədən, Allah ona böyük mükafat verər. Əlbəttə ki, kərim əcr - şübhəsiz ki, behiştdir./milli.az

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla