Bu, Çinə olan inamı sarsıdır - Sunak

Bu, Çinə olan inamı sarsıdır - Sunak

Tarix: Siyasət

Çinin hərəkətləri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı neytral tərəf kimi ona inamı sarsıdır.

BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Sunak qeyd edib ki, Böyük Britaniya hökuməti Çinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini alqışlasa da, Pekinin BMT Təhlükəsizlik Şurasının qətnamələrində bitərəf qalması və başqa hərəkətləri onun neytral olmadığını göstərir.