Orbandan şok təklif: Moldova bu ölkəyə verilsin…

Orbandan şok təklif: Moldova bu ölkəyə verilsin…

Tarix: Siyasət

Moldova yenidən Rumıniyanın bir hissəsinə çevrilməlidir.

BUTA.TV xəbər verir ki, bunu Rumıniyanın keçmiş baş naziri Lüdoviq Orban deyib.

“Rumıniya və Moldova arasında hüquqi səviyyədə də daxil olmaqla, sıx əlaqədən daha çox şey var. Moldovada rəsmi dil rumın dilidir. Moldova enerji və iqtisadiyyat sahəsində Rumıniyadan dəstək alır. Moldovanın bir milyona yaxın vətəndaşının da Rumıniya vətəndaşlığı var. Mən indiki Moldovanın yenidən Rumıniyanın bir hissəsi olmasının normal və təbii olduğuna inanan bir insanam”, - sabiq nazir bildirib.