Böyük Britaniyanın Müdafiə Nazirliyi rəsmilərin tətbiqdən istifadəsinə qadağa qoyulmasına baxmayaraq, Tiktok-dan istifadəni davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya müdafiə naziri Ben Uollesin bəyanatında deyilib.
"Müdafiə Nazirliyinin Tiktok hesabından dünyanı Böyük Britaniya Silahlı Qüvvələrinin cari tədbirləri, o cümlədən Ukrayna əsgərlərinin hazırlanması üzrə işimiz haqqında məlumatlandırmaq üçün istifadə olunur", - bəyanatda qeyd edilib.