Türkiyənin yeni amfibiyası: Arsenala daxil edildi

Türkiyənin yeni amfibiyası: Arsenala daxil edildi

Tarix: Siyasət

Türkiyənin yeni istehsal etdiyi ZAHA zirehli amfibiya hücum vasitəsi ordunun arsenalına daxil edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sözügedən texnika əsasən Türkiyə Hərbi Dəniz Qoşunlarının ehtiyacını qarşılayacaq.

Layihə çərçivəsində ümumilikdə 27 texnikanın istifadəyə verilməsi nəzərdə tutulur. Bunlardan 23-ü şəxsi heyət, 2-si komandanlıq, 2-si isə xilasedici vasitələrdən ibarət olacaq.

ZAHA-lar desant əməliyyatlarında həm qoşunların ünvana təhlükəsiz çatdırılmasını təmin edə bilər, həm də zirehli döyüş maşını kimi fəaliyyət göstərə bilər.